"Azercell"də yaranmış problemin səbəbi bilindi - YENİLƏNİB » Memur.az

"Azercell"də yaranmış problemin səbəbi bilindi - YENİLƏNİB

"Azercell"də yaranmış problemin səbəbi bilindi - YENİLƏNİB15 yanvar tarixi saat 14:20-14:55 radələri Bakının şərqi istiqamətindəki ərazilərdə "Azercell" şəbəkəsində SMS və səsli zəng xidmətləri ilə bağlı baş verən texniki nasazlıqlar tezliklə aradan qaldırılıb.

Bu barədə Memur.Az şirkətdən xəbər verilib. Bildirilib ki, hazırda "Azercell Telekom" şəbəkəsinin fəaliyyəti tam olaraq bərpa edilib.

-----------

15:13

Hazırda yarım saatdan çoxdur "Azercell" mobil operatorunun abunəçiləri rabitədən istifadə edə bilmirlər.

Memur.Az modern.az-a istinadən bildirir ki, "Azercell" Müştəri Xidmətlərindən fakt təsdiqlənib:

"Abonentlər zəng vura və zəng qəbul edə bilmirlər. Hazırda problemin səbəbləri aydınlaşdırılır. Tez bir zamanda problemin aradan qaldırılmasına çalışılacaq".