Apple istifadəçilərinə şad xəbər » Memur.az

Apple istifadəçilərinə şad xəbər

Apple istifadəçilərinə şad xəbər

Milyonlarla iPhone və iPad satmağa davam edən Apple texniki xidmət sahəsindəki sıxlığı yeni mobil tətbiqiylə azaltmaq niyyətindədir.

Memur.Az xeberler.az-a istinadən xəbər verir ki, Apple tətbiqlə bağlı rəsmi açıqlama verməsə də, "uSwitch" tətbiqinə aid ekran görüntüləri mediaya sızıb.

Belə ki, Apple-ın istifadəyə verəcəyi mobil tətbiqi iPhone və iPad-ə yükləndikdən sonra bu cihazlarla bağlı müxtəlif statistikalar istifadəçinin Apple ID-ə gələcək.

Tətbiqin daxilində Apple-ın cihazların işləmə mexanizmi ilə bağlı hazırlamış olduğu sual-cavab şəklində mətnlər də yerləşdiriləcək.

Beləliklə, istifadəçilər telefonlarında qarşılaşdıqları problemlə bağlı axtardıqları sualların cavabını tətbiqdən istifadə etməklə vaxt itkisi və təhlükəsizlik problemi yaşamadan rəsmi şəkildə Apple-dan öyrənə biləcəklər.