Fəzail İbrahimli ilə parlament rəhbərliyinə yenilik gətirildi
10-03-2020, 15:21
450
Altıncı çağırış Milli Məclisə başqa bir yenilik gəlib.
Oxu.Az-ın məlumatına görə, bu yenilik Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ilə əlaqədardır.
Belə ki, Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırışlarında parlamentin sədri və iki vitse-spiker hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri idilər (Oqtay Əsədov sədr, Ziyafət Əsgərov birinci vitse-spiker, Bahar Muradova vitse-spiker).
Digər vitse-spiker Valeh Ələsgərov isə bitərəf idi.
Altıncı çağırış Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli isə YAP üzvü deyil. O, 1992-ci ildən Vətəndaş Həmrəliyi Partiyasının üzvüdür.
Beləliklə, parlament rəhbərliyində artıq hakim partiyanın üç yox, iki üzvü təmsil olunur.
Qeyd edək ki, yeni çağırış Milli Məclisin sədri Sahibə Qafarova, birinci vitse-spikeri Əli Hüseynli YAP-ın üzvləridir.
Vitse-spiker Adil Əliyev isə bitərəfdir.