Gürcüstanda daha 15 məscid qeydiyyatdan keçib və bir məscidin tikintisinə icazə verilib Böyüt » Memur.az

Gürcüstanda daha 15 məscid qeydiyyatdan keçib və bir məscidin tikintisinə icazə verilib Böyüt

Gürcüstanda daha 15 məscid qeydiyyatdan keçib və bir məscidin tikintisinə icazə verilib  Böyüt

Tiflisdə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin maliyyə məsələləri üzrə məsləhət komitəsinin iclası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov bildirib ki, tədbirdə GMİ tərəfindən qaldırılan 16 vacib məsələ həll edilib. O deyib ki, hüquqi ünvanı Tiflis Cümə Məscidi olmaqla, 15 məscidin GMİ-nin sərəncamına verilməsi haqqında qərar qəbul olunub və onlar qeydiyyata alınıb: “Qərarda daha bir məscidin tikintisinə icazə verilib”.

Şeyx qeyd edib ki, indiyədək Gürcüstanda 312 məsciddən 130-nun qeydiyyatı artıq həll olunub və məscidlər rəsmən dövlət tərəfindən tanınıb: “Onu da qeyd edim ki, bu il müsəlman icmasına ayrılan 2,5 milyon lari Gürcüstanın bütün bölgələrində fəaliyyət göstərən 400 din xadiminə maaş verilməsi, məscidlərin təmiri, dini maarifləndirmə və müəyyən xeyriyyə işləri üçün nəzərdə tutulub. İl ərzində məscidlər tədricən təmir olunur və bu iş ilin sonunadək davam edəcək. Ötən il ümumilikdə 55 məsciddə təmir işləri aparılıb və hazırda 30-dan çox məsciddə təmir işləri gedir”.