Hidayət Abdullayev: “Son 3 il ərzində sosial müavinətlər artırılıb” » Memur.az

Hidayət Abdullayev: “Son 3 il ərzində sosial müavinətlər artırılıb”

Hidayət Abdullayev: “Son 3 il ərzində sosial müavinətlər artırılıb”“Ailə qayğısından məhrum uşaqların sosial müdafiəsinin təşkili hər zaman sosial prioritetlərdən olub”.

Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, nazirlik tərəfindən sifariş edilən və icra edilən iki istiqamət var:

“Onlardan biri sosial reabilitasiya mərkəzləridir ki, 64 regiondan 6400 uşaq buradakı xidmətlərdən yararlanır. Digər istiqamət isə “Gün ərzi qayğı mərkəzi”dir. Bu istiqamətdə isə 720 uşağa xidmət göstərilib”.

Nazir müavini sosial müavinətlərin artımına da toxunub:

“Son 3 il ərzində sosial müavinətlər artırılıb. Belə ki, 2019-cu ildə bu məbləğ 83 manat olduğu halda, 2021-ci ildə 150 manata çatdırılıb”.