Tarix : 16-02-2021, 12:56 | Bölmə: Sosial

Parlament partiyalarına pul ayrıldı: Biri kənarda qaldıSiyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. 

Bu barədə Oxu.Az Maliyyə Nazirliyinin məlumatına istinadən bildirilir.

Qeyd olunub ki, ilin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib. 

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

Bildirək ki, dövlət büdcəsindən yalnız parlamentdə təmsil olunan partiyalara vəsait ayrılır.

Bu siyahıda isə Vətəndaş Birliyi Partiyası yoxdur. Partiyanın sədri, deputat Sabir Hacıyev mətbuata açıqlamalarında bu vəsaitdən imtina etdiyini açıqlayıb.

Oxşar xəbərlər