Ramin Bayramlıya peyvəndin ikinci dozası vuruldu » Memur.az

Ramin Bayramlıya peyvəndin ikinci dozası vuruldu

Ramin Bayramlıya peyvəndin ikinci dozası vurulduTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya koronavirusa qarşı vaksinin ikinci dozası vurulub. 

Oxu.Az-ın məlumatına görə, peyvənd vurulduqdan sonra R.Bayramlının səhhətində heç bir dəyişiklik müşahidə edilməyib. O, özünü yaxşı hiss edir.

Qeyd edək ki, R.Bayramlının vaksinasiya prosesi Bakı Sağlamlıq Mərkəzində aparılıb. 

Məlumatı Oxu.Az-a TƏBİB-dən təsdiq ediblər.

Qeyd edək ki, ötən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə də koronavirusa qarşı vaksinin ikinci dozası vurulub.