Vaksin vurulan şəxsdən xaricə səfər zamanı test tələb olunacaq? - AÇIQLAMA » Memur.az

Vaksin vurulan şəxsdən xaricə səfər zamanı test tələb olunacaq? - AÇIQLAMA

Vaksin vurulan şəxsdən xaricə səfər zamanı test tələb olunacaq? - AÇIQLAMAPrezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov vaksin vurulan şəxsdən xaricə səfər zamanı test tələb olunub-olunmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. 

Memur.Az-ın müxbiri xəbər verir ki, o, jurnalistlərə açıqlamasında testin tələbinin hələlik mütləq olduğunu bildirib.

“Bu suala gəldikdə isə, əslində proseslər davam etdiyindən hələ ki, buna konkret cavab vermək olmur. Növbəti mərhələlərdə suallar çıxdıqca araşdırılacaq. Hələ bir nəfər də olsun vaksin edilmiş şəxs yoxdur. Odur ki, bu sualların cavablandırılması üçün vaksinasiya başlamalıdır”, - deyə Ş.Mövsümov əlavə edib.