Hikmət Hacıyev: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik” » Memur.az

Hikmət Hacıyev: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik”

Hikmət Hacıyev: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik”Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı baş tutub.

Bununla bağlı H.Hacıyev özünün “Twitter” hesabında məlumat verib. 

“Mütəmmadi təmasda olduğum dostum İbrahim Kalın ilə telefon danışığından məmnun qaldım. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”, - o bildirib.