Azərbaycanla Rusiya arasında uçuşların hansı tarixdə bərpa oluna biləcəyi açıqlandı » Memur.az

Azərbaycanla Rusiya arasında uçuşların hansı tarixdə bərpa oluna biləcəyi açıqlandı

Azərbaycanla Rusiya arasında uçuşların hansı tarixdə bərpa oluna biləcəyi açıqlandıRusiya aviaşirkətləri iyulun ortalarından etibarən beynəlxalq sərnişin reyslərini bərpa etmək imkanlarını araşdırırlar.

Bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Bildirilir ki, iyulun 15-dən etibarən beynəlxalq istiqamətlərə uçuşları bərpa etmək üçün bir neçə iri daşıyıcılar tərəfindən mexanizmlər hazırlanır.

İlk olaraq Avrasiya İqtisadi Birliyi və MDB ölkələri, o cümlədən, Azərbaycanla aviareyslər bərpa oluna bilər. Sonra digər ölkələr tərəfindən sərhədlər qarşılıqlı şəkildə açıldıqca, onlarla hava əlaqələri də bərpa ediləcək.