Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri parlamentə gəldi » Memur.az

Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri parlamentə gəldi

Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri parlamentə gəldiMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Memur.Az-ın məlumatına görə, iclasda Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İclasda Prezident Administrasiyasının, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. 

Həmçinin, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.

Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.

30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir. 

Bəzi cinayətlərə görə isə inzibati məsuliyyətlər nəzərdə tutulur. 

Məsələn, hərbi xidmət əleyhinə olan cinayətlərə görə müəyyən edilən cəzalar yüngülləşdirilir.

Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilir. 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə “hərbi xidmət əleyhinə olan inzibati xətalar” adlı fəslin əlavə olunması təklif edilir.