Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu » Memur.az

Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulduPrezident İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə qanunu təsdiq edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulub.