Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL » Memur.az

Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL

Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HALMilli Məclisin sədri vəzifəsinə seçilən Sahibə Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 

Oxu.Az-ın məlumatına görə, o, 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.

S.Qafarova 2004-cü ildən universitetdə Beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyət göstərir. 

Ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir.

Filologiya sahəsi üzrə gender problemlərinin tədqiqi ilə məşğuldur.

S.Qafarova dördüncü, beşinci çağırış Milli Məclisin deputatı olub.