Tarix : 7-10-2019, 00:19 | Bölmə: Sosial

BMT dünyanı bu təhlükəli maddədən imtina etməyə çağırırBMT dünyanı əsasən qab-qacağın, geyimlərin və kağızın tərkibində olan zərərli maddədən imtina etməyə çağırıb. BMT-nin mütəxəssisləri perftorheksan sulfon turşusunu (PFHST) ən təhlükəli kimyəvi maddə hesab edirlər.

Alimlərin fikrincə, PFHST və onun yaxın birləşmələri sağlamlığa bərpa olunmayan ziyan vura bilərlər. Hazırda bu maddə ekologiya üçün də təhlükədir.

Bu maddə ilə tez-tez qarşılaşan insanda müxtəlif problemlər ola bilər. İlk növbədə mərkəzi sinir sistemi, beyin, endokrinoloji sistem və qalxanabənzər vəz zərər görə bilər.

BMT-nin Romada keçirilən 15-ci Ətraf mühitin çirklənməsi mövzusunda keçirilən görüşündə PFHST-dən imtina qərarına gəlinib. Bu görüşdə dünyanın müxtəlif ölkələrindən 100-dən çox alim iştirak edib.

Oxşar xəbərlər