Netanyahu "qəsdən" Boris Consonla Yeltsini səhv saldı » Memur.az

Netanyahu "qəsdən" Boris Consonla Yeltsini səhv saldı

Netanyahu "qəsdən" Boris Consonla Yeltsini səhv saldıİsrailin baş naziri Binyamin Netanyahu Böyük Britaniya hökumətinin rəhbəri Boris Consonu səhvən Yeltsin adlandırıb.

Xəbəri "RİA Novosti" "Haaretz"-ə istinadən yayıb.

Bazar günü iclasda çıxış edən Netanyahu Böyük Britaniyaya səfəri barədə danışıb.

O deyib: "Londona səfərim çox xoş keçdi, orada baş nazir Boris Yeltsinlə və ABŞ-ın müdafiə naziri ilə görüşdüm".

İclasda iştirak edənlər dərhal onun səhvini düzəldiblər. Hökumət rəhbəri gülümsəyib və bildirib ki, qəsdən yanlışlığa yol verib: onu diqqətlə dinləyib-dinləmədiklərini öyrənmək istəyib.

Xatırladaq ki, Boris Conson bu ilin iyununda baş nazir seçilib.

Boris Yeltsin 1991-1999-cu illərdə Rusiyaya rəhbərlik edib. 2007-ci ildə vəfat edib.