Tarix : 27-05-2019, 03:29 | Bölmə: Sosial

Konqoda gəmi batıb - 30 nəfər olübKonqo Demokratik Respublikasının qərb regionunda yerləşən Mai-Ndombe gölündə gəminin qəzaya uğrayaraq batması nəticəsində azı 30 nəfər həlak olub.

TASS xəbər verir ki, qəza nəticəsində bir neçə yüz insan itkin düşüb.

İnonqo şəhərinin meri Saymon Vembanın sözlərinə görə, sərnişin gəmisi göldə çevrilərək batıb. O bildirib ki, gəmidən onların əksəriyyəti maaş almaq üçün gölün o biri tayına yollanan məktəb müəllimləri olub.

Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub, iki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir.

Oxşar xəbərlər