Rusiya və Livan prezidentləri birgə bəyanat veriblər » Memur.az

Rusiya və Livan prezidentləri birgə bəyanat veriblər

Rusiya və Livan prezidentləri birgə bəyanat veriblərRusiya prezidenti Vladimir Putin və livanlı həmkarı Mişel Aun bu gün Kremldə baş tutan görüşdən sonra birgə bəyanat veriblər.

Kremlin yaydığı rəsmi məlumatda bildirilir ki, dövlət başçıları bildiriblər ki, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi çox vacibdir.

Tərəflər münasibətləri inkişaf etdirmək üçün bir sıra ikitərəfli sənədlər imzalayıblar.

Görüşdə iki ölkə arasında ticarət- iqtisadi, humanitar əlaqələrin gücləndirilməsi, eləcə də gündəmdə olan beynəlxalq və regional problemlər müzakirə olunub.