NATO Rusiyaya son şans verdi » Memur.az

NATO Rusiyaya son şans verdi

NATO Rusiyaya son şans verdiRusiya müəyyən olunmuş vaxtda orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair Müqavilənin yerinə yetirilməsinə qayıtmasa, NATO buna reaksiya verəcək.

Oxu.Az xəbər verir ki, bunu DPA-ya müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib.

“Əsas odur ki, indi Rusiyanın son şansı var. Əgər Rusiya müqavilənin şərtlərinə qayıtmasa, böyük problemimiz yaranacaq. Çox sərt reaksiya verməyəcəyik, lakin bunu etməli olacağıq”, - deyə o vurğulayıb.