Kiloqramın etalonu dəyişdiriləcək » Memur.az

Kiloqramın etalonu dəyişdiriləcək

Kiloqramın etalonu dəyişdiriləcəkAlimlər 1889-cu ildən Fransada Beynəlxalq çəki və ölçü bürosunda saxlanılan kiloqram etalonunu dəyişəcəklər.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Hazırda kiloqram platin-iridium ərintisindən ibarət silindrin kütləsi kimi müəyyənləşdirilib. Bu silindr vakuum qabın içərisində saxlanılır.

Yeni etalon üçün əsas rolu Kibbl balansı adlanan cihaz oynayacaq. Bu cihaz elektromaqnit sahələrinin köməyi ilə tarazlanan tərəzidən ibarətdir və çəki etalonlarını dəqiq təyin etməyə imkan verir.

Mütəxəssislərin fikrincə, yeni etalon vahidinə keçidin müsbət təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasından ibarətdir. Əgər hətta etalon məhv edilsə belə, dəqiqliyin ölçülməsi imkanı yenə qalacaq.

Kiloqramın etalonunun yenilənməsi proseduru ölçü vahidləri üzrə 26-cı Baş konfrans çərçivəsində keçiriləcək. Konfransın 60 iştirakçısı ölçü etalonunun dəyişilməsinə səs verməlidirlər.