Tarix : 15-08-2018, 12:27 | Bölmə: Sosial

Lirə yenidən yüksəlişdə: Türkiyədə dollar sürətlə ucuzlaşırTürkiyədə bankların “swap” (valyuta dəyişmə) əməliyyatlarını məhdudlaşdırması dolların yönünü aşağı istiqamətə çevirib. Belə ki, dollar lirəyə nisbətdə ucuzlaşmağa başlayıb.

Oxu.Az xəbər verir ki, səhər saatlarında 6,35 lirə təşkil edən dollar 6% ucuzlaşaraq, 5.88 lirəyə düşüb.

Avro isə 7,30 səviyyəsindən 6,83 lirəyə geriləyib.

Qeyd edək ki, dolların lirəyə nisbətdə ucuzlaşmasına Türkiyə Mərkəzi Bankının (TCMB) və BDDK-nın (Türkiyənin bank bazarını tənzimləyən qurumunun) qərarları təsir edib.

Mərkəzi Bank məcburi ehtiyat norması nisbətlərini 250 bənd aşağı edirib, o cümlədən valyuta likvidliyinin idarə edilməsinə dair addımlar atıb. BDDK isə “swap” həmləsi ilə valyuta bazarına təsir edib.

Qərara əsasən, bankların “swap” əməliyyatlarının məbləği hüquqi səhmdarların ümumi kapitalının 25 faizindən çox olmayacaq.

Oxşar xəbərlər