“Samsung Galaxy S9/S9+” – Yenidən bütün xəbər başlıqlarında » Memur.az

“Samsung Galaxy S9/S9+” – Yenidən bütün xəbər başlıqlarında

“Samsung Galaxy S9/S9+” – Yenidən bütün xəbər başlıqlarında“Consumer Reports”– istehlakçı testləri ilə ixtisaslaşan dünyanın ən nüfuzlu nəşridir.

Bu jurnal hər il avtomobillərdən tutmuş məişət əşyalarına qədər bir çox kateqoriya üzrə ən yaxşı cihazların reytinq siyahısını dərc edir. Bu yaxınlarda sözü gedən jurnal bu ilin ən yaxşı smartfonları siyahısını təqdim edib.Belə ki, mövcud 100 baldan 81 bal ilə təltif edilən “Samsung Galaxy S9” və” Galaxy S9+” smartfonları siyahıda birinci yerə layiq görülüblər. “Consumer Reports” mütəxəssislərinin rəyinə görəsmartfonlar daha davamlı və sürətlidirlər, həmçinin onları öz kateqoriyalarında birinci edən ən yüksək səs keyfiyyətinə malikdirlər.

Davamlılıq testlərinin nəticəsindəçoxsayılı zərbələrə dözən “Galaxy S9” və “S9+”-un korpuslarında sadəcə kiçik cızıqlar aşkarlanıb. “Consumer Reports”-un fikrincə flaqmanlar əlavələrin və web brauzerin tez yüklənməsini təmin edən, bir çox müasir oyunu dəstəkləməyə qadir yüksək işləmə surətinə malikdirlər. Yeni smartfonların üstünklərindən mütəxəssislər barmaq izi skanerinin istifadə üçün daha rahat yerləşməsini, həmçinin face recognition və gözün qüzehi qişası skanerlərinin bir yerdə işləməsini qeyd ediblər.

Fərqlənən davamlılığı və dözümlülüyə baxmayaraq, Samsung, istifadəçilərinin mənafeyini qoruyaraq, “Eksklüziv displey zəmanətini” təqdim edir. Belə ki, 30.06.2018 tarixinədək rəsmi holoqramlı Samsung “Galaxy S9” və “S9+” əldə edərkən siz təsadüf nəticəsində zədələnmiş displeyinizi cəmi 49 AZN-ə yenisi ilə əvəz etmək imkanı qazanırsınız. “Eksklüziv displey zəmanətini” istənilən ekran zədəsini dəstəkləyir və smartfonu əldə etdiyiniz gündən bir il müddətində qüvvədədir.

Beləliklə, hətta telefonunuzun ekranı sınsa belə,siz onu istehsalçı tərəfindən təqdim olunmuş yeni orijinal ekranla ilə cəmi 49 AZN-ə əvəz edə biləcəksiniz. Aksiya çərçivəsində zəmanətdən yalnız bir dəfə istifadə edə bilərsiniz. Həmçinin qeyd etmək lazımdır ki, aksiyanın mütləq şərti rəsmi holoqramlı “Samsung Galaxy S9/S9+” əldə edərkən, satış çeki və zəmanət talonunu özünüzdə saxlamağınızdır.

Yeni “Galaxy S9” xəttinin smartfonları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.

Memur.az