Nazirlik işçilər Bakıda ağacəkmə aksiyası keçirib » Memur.az

Nazirlik işçilər Bakıda ağacəkmə aksiyası keçirib

Nazirlik işçilər Bakıda ağacəkmə aksiyası keçirib

Aprelin 18-də İqtisadiyyat və Sənaye Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları tezliklə istifadəyə veriləcək Böyükşor bulvarında və parkında aparılan abadlıq və yaşıllaşdırma işlərinə dəstək göstərmək məqsədilə ağacəkmə aksiyası keçiriblər. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aksiya zamanı ərazidə xeyli sayda ağac və kol bitkiləri əkilib.

Ümumilikdə, 15 hektara yaxın ərazisi olan Böyükşor bulvarında və parkında 80 min ağac və kolun əkilməsi nəzərdə tutulur. Artıq həmin bitkilərin böyük hissəsi əkilib.

Gölün ətrafında canlı aləmin bərpası üçün ağacəkmə aksiyası zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları ağaclardan çoxlu sayda quş yuvaları asıblar.