"Avtomobilimi sığortalamışam ki, cərimə olunmayım" – VAQİF ƏSƏDOV » Memur.az

"Avtomobilimi sığortalamışam ki, cərimə olunmayım" – VAQİF ƏSƏDOV

"Avtomobilimi sığortalamışam ki, cərimə olunmayım" – VAQİF ƏSƏDOV



Bu ilin on ayında icbari sığortasız 800-ə yaxın avtomobil sahibi cərimələnib.

Memur.az fins.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib. Artıq sığortası olmayan avtomobili saxlayıb inzibati protokol yazmağa ehtiyac yoxdur: "Əgər avtomobil sığortalanmayıbsa, hərəkətdə olduğu zaman kamera onu aşkar edir və dərhal cərimə edir". O bildirib ki, bununla belə avtomobilini könüllü qaydada icbari sığortalayanların sayı artıb.
V.Əsədov deyib ki, avtomobilllərin könüllü qaydada sığortalanması baş verə biləcək yol nəqliyyat hadisələrində sürücü polis münasibətlərinin gərginləşməməsi, sürücülər arasında narazılığın yaranmaması, dəymiş maddi zərərin qarşılanması deməkdir. Ona görə də belə narazılıqlara səbəb olmaqdansa könüllü olaraq avtomobillərini sığortalamaq məsləhətdir.
V.Əsədov bildirib ki, öz şəxsi avtomobilini də icbari qaydada sığortalayıb: "Qanunun tələbindən əlavə, avtomobilimi sığortalamışam ki, cərimə olunmayım və hər hansı bir hadisə ilə bağlı problemlə üzləşməyim". O bildirib ki, avtomobilini daha çox "PAŞA Sığorta","Atəşgah" və "AtaSığorta" şirkətlərində sığortalayıb. Avtomobilini könüllü qaydada sığortalamağa isə imkanı olmayıb:"Avtomobilə qarşı çox diqqətciləm.Ona görə ehtiyac görmürəm".