DİN həmcinslərini satan insan alverçilərinin KİMLİYİNİ AÇIQLADI - RƏSMİ » Memur.az

DİN həmcinslərini satan insan alverçilərinin KİMLİYİNİ AÇIQLADI - RƏSMİ

DİN həmcinslərini satan insan alverçilərinin KİMLİYİNİ AÇIQLADI - RƏSMİ


Azərbaycanlı qadınları cinsi istismara məruz qoyan daha bir neçə nəfərin barəsində axtarış elan edilib.

İcmal.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsindən bildirilib.

Məlumata görə, idarə tərəfindən Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib.

Barəsində insan alveri ittihamı üzrə axtarış elan olunan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovadır.

Qadın alveri ilə məşğul olduğu üçün axtarışa verilənlər arasında bir nəfər kişi də var. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Elçin Heydərov barəsində Cinayət Məcəlləsinin insan alveri ilə bağlı axtarış elan edilib.

Bu il insan alveri idarəsi daha üç qadının barəsində axtarış elan edib. Bunlar Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Sədaqət Əliyeva, Xaçmaz rayon sakini, 1963-cü il təvəllüdlü Züleyxa Həsənova və Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü Nətavan Bayramovadır.

İnsan Alverinə qarşı Mübarizə İdarəsi 2016-cı ildə 4 qadını, 2015-ci ildə isə 4 qadın və 1 kişini axtarışa verib.