Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir? » Memur.az

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Həftənin ilk iş günü Bakıda hava küləkli və yağışlı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir 15-18 m/s-yə çatacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-4, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrinda havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 4-9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimal edilir.