Qapımızı döyən üçüncü devalivasiya - təfsilat » Memur.az

Qapımızı döyən üçüncü devalivasiya - təfsilat

Qapımızı döyən üçüncü devalivasiya - təfsilatMərkəzi Bankın inzibati metodları artıq işə yaramır, manatı qarşıda daha ağır günlər gözləyir

Azərbaycanda bir ilin içində iki dəfə baş verən devalivasiya prosesindən sonra nəinki kasıb təbəqə, hətta hakimiyyətin özü çətin duruma düşüb. Politika.Az xəbər verir ki, dekabr devalivasiyası isə durumu daha da kritikləşdirib.

Belə ki, ölkənin valyuta rezervlərini «yeyən» proses, artıq sahibkarlıq, iqtisadiyyatın müxtəlif qolları üçün də ağır nəticələri ilə diqqəti çəkir. Xeyli sayda şirkətin sıradan çıxması, müflis olması, habelə əvvəlki gücünü itirməsi qeydə alınıb. Zaman içində belələrinin sayı daha da artacaq ki, bunun da hakimiyyət dairələrinə qətiyyən xeyri yoxdur.

Politika.Az xəbər verir ki, artıq 3-cü devalivasiya qapıya dirənib. Belə ki, manatın dəyərdən düşməsini şərtləndirən vacib amillər ortaya çıxıb. Məsələ belədir ki, manatın arxasında sözdə deyil, reallıqda ciddi iqtisadi nəticələr dayanmır. Həyata keçirilən islahatlar, görülən tədbirlər və atılan addımlar da artıq effekt verməməkdədir. Belə olan təqdirdə, Mərkəzi Bankın daha tutarlı addımlar atması zərurəti varkən, Elman Rüstəmovun «kotoru» manatı sıxmaqla, onun dövriyyədəki həcmini azaltmaqla vəziyyətdən çıxmağa çalışır. Bunun özünün isə kifayət qədər ciddi səhv olduğunu deməyə dəyməz.

Politika.Az xəbər verir ki, manatın durumu ilə bağlı «Bloomberg» agentliyi də açıqlama yaymışdı. Həmin açıqlamada deyilirdi ki, ən geci ilin sonuna qədər manat daha da dəyərdən düşəcək və dollar bahalaşacaq. Agentliyinin apardığı təhlildən belə anlaşılırdı ki, Azərbaycanın milli valyutası ilin sonuna qədər dollar qarşısında 3 manata qədər ucuzlaşmaq risqi ilə üz-üzə qalıb.

Qeyd edək ki, Mərkəzi Bankın atdığı faktiki addımlar inzibati metodlara əsaslandığından effekt vermir. Bundan əlavə, zəruri olan addımların vaxtında və çevik atılmaması da işləri korlamaqdadır. Durumun kritikliyi odur ki, bunca basqı və təzyiq varkən, Elman Rüstəmovun «kontoru» hər hansı bir ciddi tədbir görmək üçün tələsmir. Bu daha çox möcüzə gözləmək anlamı daşıyır. (Politika.Az)

Memur.az