Əliyev-Putin-Sarkisyan görüşünün vaxtı açıqlanıb » Memur.az

Əliyev-Putin-Sarkisyan görüşünün vaxtı açıqlanıb

Əliyev-Putin-Sarkisyan görüşünün vaxtı açıqlanıbVyana görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi imkanları müzakirə olunacaq.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün tarixi məlum olub.

Memur.Az-ın məlumatına görə, Ermənistanın “1in.am” saytı görüşün iyunun 26-da Sankt-Peterburqda baş tutacağı barədə xəbər yayıb.

Görüşdə Vyana görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi imkanları, o cümlədən təmas xəttində atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmləri və ATƏT-in Minsk qrupunun monitorinq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Memur.az