Bu il DSMF-nin elektron xidmətlərindən 2,2 milyondan çox istifadə sayı qeydə alınıb » Memur.az

Bu il DSMF-nin elektron xidmətlərindən 2,2 milyondan çox istifadə sayı qeydə alınıb

Bu il DSMF-nin elektron xidmətlərindən 2,2 milyondan çox istifadə sayı qeydə alınıb
Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb, vətəndaş müraciətləri isə 28 faiz azalıb.

Fondan Memur.az-a verilən məlumata görə, 2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb.

Məlumata görə, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

“Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb”.