“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb
Sosial
Dünən, 11:22
7

Bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən bildirilib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 0,9 % azdır.
Hazırda quruma məxsus aktiv ödəniş kartlarının ümumi sayı 286 min 127 ədəddir.
“Azərpoçt” şəbəkəsində nağdlaşdırma üçün 176 ədəd POS-terminal, poçt şöbələrində xidmətin dəyərinin nağdsız qəbulu üçün 486 ədəd POS-terminal, “SmartPay” səyyar ödənişi qəbulu üçün 49 ədəd POS-terminal, ticarət obyektlərində quraşdırılmış 251 ədəd POS-terminal istifadəyə verilib.
Bundan başqa, “Azərpoçt”un Bakı və regionlar üzrə 74 ədəd bankomatı, 19 ədəd isə “SmartPay” terminalı quraşdırılıb.