• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Türkiyənin Ukrayna uğrunda savaşda yeri – Ankaranın Kiyevə vəkillik rolu – ŞƏRH

Sosial

24-02-2025, 14:38

Türkiyənin Ukrayna uğrunda savaşda yeri – Ankaranın Kiyevə vəkillik rolu – ŞƏRHKeçmiş SSRİ-nin dağılması ilə dünyanın yenidən bölünməsi prosesi başlayıb. Bununla da təkqütblülük ortaya çıxıb. Dünyanın bir “böyük dövlət”in istəyi ilə idarə edilməsi düşüncəsi hakim kəsilməyə başlayıb.

Dəstəkləri ilə yaranan münaqişələri də onlar idarə edirlər. Halbuki münaqişələr əsasən, onların maraqlarının toqquşması nəticəsində baş verir. Başqa sözlə, güclər öz aralarında müharibəni kiçikli, böyüklü münaqişələrlə aparır. Postsovet məkanındakı mövcud münaqişələr də SSRİ-nin varisi, böyük dövlət olduğunu nümayiş etdirən Rusiya (ona bu qarşıdurmada Çin yardım edir) ilə Qərb bloku (ABŞ-nin başçılığı altında) arasında davam edir.

Gürcüstan, Ukrayna, Moldovadakı münaqişə və müharibələrin yaranma səbəbinə, hələ də sürməsinə nəzər salmaqla mənzərə aydın görünər. Bu qarşıdurmaların aradan qaldırılmasında böyük dövlətlərin, güclərin razılaşması istisna edilmir. Güclü iqtisadiyyat, geniş ərazi, qüdrətli ordu, demokratik idarəetmə sistemi böyük dövlət olmaq üçün hələ kifayət etmir. Bosniya, Kosovo, Suriya (Bəşşar Əsədin süqutu və İŞİD-in sıradan çıxarılması) Suriya, İraq, Liviya, Misir, Tunis, Fələstin (Qəzza zolağı), Livan (“hizbullah” faktoru) və s. ölkələrdə, bölgələrdə qarşıdurma, silahlı münaqişələr sübut edir ki, onların aradan qalxmasında böyük güclərin rolu həlledici olsa da, böyük dövlət olmaq istəyən dövlətlərin iştirakı problemlərin həllinə təkan verir. Azərbaycan torpaqları işğal altında olduğu illərdə rəsmi Ankaranın haqlı mövqeyi Ermənistanı və havadarlarını çəkindirirdi. Türkiyə bu mövqeyini Moldova və Gürcüstanın ərazi bütövlüyünü müdafiə edəndə sərgiləyib.

Keçmiş Yuqoslaviya dağılan zaman müsəlmanlara qarşı soyqırımı cinayəti baş verib. Bu cinayətin qarşısının alınmasında, ona qarşı çıxan əsas dövlət Türkiyə olub. Bu ona beynəlxalq münaqişələrdə sözün demək, böyük dövlət olmağa haqq etdiyini göstərmək üçün bir fürsət idi. Düzdür, əvvəllər də Türkiyə dünyanın bir sıra bölgələrində, məsələn, Koreya yarımadasındakı müharibədə də iştirak edib. Ancaq Cümhuriyyət yaranandan sonra bir sıra hadisələrə müdaxilə etməməklə özünü qoruma taktikasını seçib. Ancaq 1980-ci illərdən Türkiyəyə qarşı törədilən terror cinayətləri rəsmi Ankaranı özünə qapanmadan çıxardı. Dünyanın indiki aparıcı gücləri ilə eyni səfdə bir vaxtlar Osmanlı da olub.

Bu imperatorluq dağıdılandan sonra Türkiyənin başını daxili intriqalara qatmaqla onun aparıcılar sırasında yer almasına maneələr yaradılıb. 2000-ci ilin, yeni əsrin və eranın başlaması ilə Türkiyə üçün də yeni dövr başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük Türkiyə”dən bəhs edəndə bəziləri onun Osmanlını bərpa etməyi hədəflədiyini iddia edirdi. Ancaq son on illərdə baş verənlər bunun doğruluğunu isbatlayır. 2013-cü il oktyabrın 22-də o, “X” səhifəsində yazmışdı: “Böyük dövlət olmağın yükü olduğu kimi bərəkəti də var. Yükdən qorxanlar nemətə nail ola bilməzlər”. Türkiyə Suriyanın, İraqın ərazi bütövlüyünün qorunması və dəstəklənməsində, Fələstinin tanınmasında, habelə Qəzza zolağına humanitar yardımın edilməsində, Liviya, Misir, Tunis hadisələrində tutduğu mövqe onun böyük dövlət olmaq imkanını artırıb. Torpaqlarının işğaldan azad olunmasında onun Azərbaycana verdiyi dəstək əvəzedilməz olub. Suriyada yeni qüvvələrin hakimiyyətə gəlməsi, Türkiyənin dövlət quruculuğunun bütün istiqamətlərində onlara dəstək vermək, yardım etmək istəyi də onun qlobal və regional nüfuzunu göstərir.

İŞİD terror qruplaşmasına qarşı mübarizədə NATO-dan olan müttəfiqləri ilə birgə mübarizəsi də artıq tarixə çevrilmiş hadisələrdəndir. Rusiya Ukraynada müharibəyə başlayanda rəsmi Ankara məsələnin dinc, danışıqlar yolu ilə həllinə dair təkliflər irəli sürdü. Ukraynanın taxıl ixracının qarşısını Rusiya alanda da Türkiyə tərəflər arasında uğurlu vasitəçilik etmişdi. Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətinin görüşdüyü gün Ukrayna lideri Volodimir Zelenski Türkiyəyə səfər edib. Dövlət başçılarının görüşündə strateji tərəfdaşlığın bütün aspektləri nəzərdən keçirilib, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılası lazım olan addımlar müzakirə olunub. Səfər çərçivəsində həmçinin Ukraynada baş verən son hadisələr, başqa regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Əroğan ukraynalı həmkarı ilə görüşdən sonra NATO-nun baş katibi Rütte ilə danışıqda görüşüb.O, Rusiya-Ukrayna savaşının başa çatması üçün əlindən gələni etdiyini, bununla bağlı dünyanın bir çox liderləri ilə təmasda olduğunu söyləyib. Ukrayna Prezidenti Türkiyədən təhlükəsizliyə təminat almaq üzərində işləməyi planlaşdırır. O, Ukrayna və Türkiyə ordusunun Avropada ən güclü olduğunu da vurğulayıb: “Bu, bir faktdır və ona görə də əlaqələrimizi qoruyub saxlamağımız vacibdir”. Xəbərlərə əsasən, Ərdoğanla Zelenski arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın davam etməsinə dair müzakirə olub. Rusiya Krımı işğal və ilhaq etdikdən sonra 2014-cü ildə tərəflər arasında hərbi sahədə əməkdaşlıq başlayıb. 2022-ci ildən bu sahədə əməkdaşlığın fərqli istiqamətdə inkişaf etdiyi bildirilib. Türkiyə Ukraynaya dronlar tədarük və orada bu qurğuların zavodunun tikintisinə yardım edib. “Bayraktar” və korvetlər istehsal edəcək zavodları 2025-2026-cı illərdə istismara veriləcəyi gözlənilir.

Yeri gəlmişkən 2024-cü ilin martında Volodimir Zelenski İstanbula səfəri zamanı müdafiə şirkətləri müəyyən razılaşmalar imzalayıb. Onda tərəflər arasında Rusiya-Ukrayna müharibəsinin gedişi, Qara dənizdə vəziyyət və taxıl dəhlizi, dayanıqlı sülhün əldə edilməsi yollarının axtarılması kimi məsələlər müzakirə edilib. Ukrayna müharibəsi ABŞ ilə Avropa İttifaqı arasında da ziddiyyət yaratdığından bu istiqamətdə vəziyyət daha da ağırlaşıb. Rəsmi Vaşinqton Ukrayna prezidentinə seçkiyə getmək və atəşkəslə bağlı təzyiqlər edir. Rusiya Prezidenti Vladimir Putin üçillik izolyasiyadan çıxır. Avropa İttifaqı Zelenskini müdafiə edir. Belə qarışıq vəziyyətdə Türkiyə “dünyada sülh” prinsipinə əsasən Ukraynanın ərazi bütövlüyü çərçivəsində münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Rəsmi Kiyev ABŞ, RF ilə danışıqlarda Türkiyənin də iştirakı təklifinin irəli sürür.

Ukrayna hakimiyyəti Vaşinqton və Moskvanın məsələnin həllində obyektivliyinə haqlı olaraq etibar etmir. Fransanın ötən üç ildə müharibə ilə bağlı səbatsız, dəyişkən mövqeyinə, Almaniyanın Rusiya ilə son ilədək əməkdaşlıq etdiyinə görə Avropa İttifaqına etibarı azdır. O da doğrudur ki, Böyük Britaniya, Almaniya və Fransa Donald Trampın indiki şəraitdə Ukraynada prezident seçkisinin keçirilməsinə dair təkidini qəbul etmir. Bu şəraitdə seçkilərin keçirilməsinin doğru olmadığını bildirirlər. Bununla belə Kiyev onlara axıradək etibar etmir. Türkiyə bütün bu qüvvələrlə eyni məsafədə yaxındır.

Rəsmi Ankara Ukrayna-ABŞ, Ukrayna-Rusiya, Ukrayna-Avropa İttifaqı arasında anlaşılmazılıqların aradan qaldırılmasında Kiyevə vasitəçilik edə bilər. Başqa sözlə, Türkiyə yaxın dövr üzrə Ukrayna dövlətinin vəkili ola biləcək. Zelenski Səudiyyə Ərəbistanındakı görüşə dəvət almamasını “sürpriz” adlandırıb. Elə ona görə də Türkiyəyə səfər etməklə etibar etdiyi dövləti bütün tərəflərə göstərib. Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə etməsi, bu ölkədə terror qarşı mübarizədə hakimiyyət gələn qüvvələrlə əməkdaşlıq edəcəyini bildirməklə böyük dövlət istəyinin təsadüfi olmadığını bir daha təsdiqləyib. Ukrayna onun üçün yeni bir sınaqdır. Onun Rusiyaya qarşı müharibə aparmayacağı istisna deyil. Ankara regional və qlobal səviyyədə etibar və etimadından istifadə etməklə vasitəçilik missiyasının üzərinə götürə bilər. Bunun üçün Türkiyənin sammitə ev sahibliyi etmək təklifi də şəraitin sifarişi sayıla bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müharibənin başlamasının üçüncü ildönümü günü Türkiyəyə səfər edib. O, Ankarada Ukrayanda müharibənin dinc yolla tənzimlənməsi, Suriyadakı vəziyyəti müzakirə edəcək.

Türkiyə bu Ərəb Respublikası ilə bağlı məsələlərdə aparıcı rol oynayır. Ankaranın hər iki məsələdə Kremlin bu mövqeyinə görə XİN başçısı Türkiyədədir.

Paylaş:
Digər xəbərlər

Sosial

25-09-2024, 12:08

TBMM sədri: Rəsmi Ankara Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbul etmir

Sosial

30-08-2024, 09:38

Fidan: Türkiyə ilə Aİ arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara c ...

Siyasət

15-05-2024, 09:51

TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər”

Sosial

18-07-2023, 09:33

Zelenski Ərdoğana məktub göndərdi

Hadisə

30-05-2023, 09:38

Ərdoğan və Zelenski Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə edi ...

Hadisə
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Cəmiyyət
Dünən, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dünən, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
20-03-2026, 04:23
Azərbaycanda 11 günlük bayram tətili başladı
Son xəbərlər
  • Bu gün, 09:47
    SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
  • Bu gün, 09:32
    Kamran Əliyev onu vəzifədən AZAD ETDİ
  • Bu gün, 09:27
    Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
  • Dünən, 16:58
    Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub
  • Dünən, 16:56
    İlham Əliyev Yunanıstanı milli bayram münasibətilə təbrik etdi
  • Dünən, 16:55
    Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 16:51
    Cao Lıci: Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin köklərə əsaslanır
  • Dünən, 16:50
    DYP yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
  • Dünən, 16:47
    Türkiyənin xarici işlər naziri Suriya və qətərli həmkarı ilə telefon danışıqları aparıb
  • Dünən, 08:32
    Şahbaz Şərif: Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır
  • Dünən, 08:30
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
  • Dünən, 08:28
    Kim Çen In: Hər zaman Moskvanın yanındayıq
  • Dünən, 08:25
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • Dünən, 08:13
    Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”
  • Dünən, 08:08
    Araqçi: “Ədalət artıq yoxdur"
  • Dünən, 08:04
    Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 08:02
    Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 24-03-2026, 11:32
    Deputat Asif Əsgərov şəhid ailəsini ziyarət etdi
  • 24-03-2026, 11:09
    Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu
  • 24-03-2026, 11:06
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 24-03-2026, 11:00
    Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi
  • 24-03-2026, 10:59
    Çin Sədri lham Əliyevi təbrik etdi
  • 24-03-2026, 10:57
    Braziliya Azərbaycana təşəkkür etdi
  • 24-03-2026, 10:55
    "Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
  • 24-03-2026, 10:54
    Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi
  • 23-03-2026, 09:17
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
  • 23-03-2026, 09:07
    İran Qətərdə zavodu vurdu
  • 23-03-2026, 09:05
    “İradəmizi sındıra bilməzsiniz” – Pezeşkianın Trampa cavabı
  • 23-03-2026, 09:00
    Sahibə Qafarova, Samir Şərifov... - II İlyanın dəfnindən
  • 23-03-2026, 08:48
    Kim Çen In yenidən KXDR Dövlət İşləri üzrə sədr seçilib
  • 23-03-2026, 08:43
    Şahbaz Şərif Rusiyada Putinlə görüşəcək
  • 23-03-2026, 03:07
    SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
  • 23-03-2026, 02:57
    Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü
  • 23-03-2026, 02:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 23-03-2026, 02:53
    Azərbaycanda nə vaxtdan sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...