Səfir Moskvada təhsil alan azərbaycanlı kursantlarla görüşüb
Sosial
18-02-2025, 14:47
72

“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.
“Bu gün səfirliyimizdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Universitetində təhsil alan azərbaycanlı kursantlar qrupunu qəbul etdik”, – Moskvadakı diplomatik missiyanın başçısı qeyd edib.
Onun sözlərinə görə, görüşdə kursantlara “Azərbaycan – Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycanın xarici siyasəti” haqqında məlumat verilib.
“Görüş 1-ci kurs kursantı Əli Məmmədovun Bethovenin “Patetik Sonata” əsərinin gözəl ifası ilə başa çatdı”, – səfir yazıb.