Aİ liderləri ABŞ ilə münasibətləri və qurumun müdafiəsini müzakirə edəcəklər
Sosial
3-02-2025, 09:44
44

“Report” xəbər verir ki, bu barədə ötən gün Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.
Aİ-nin qeyri-rəsmi sammitinə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kir Starmer də dəvət olunub.
Əvvəlcə görüşün Belçikanın Lyej şəhəri yaxınlığındakı qalada baş tutacağı planlaşdırılırdı. Avropa Şurasının rəhbəri Antonio Koştanın fikrincə, bu “məxfilik” Aİ ölkələrinin liderlərinə “azad və səmimi” ünsiyyət qurmağa imkan verməli idi. Bununla belə, Avropa Şurası fövqəladə sammitin keçiriləcəyi yeri Brüsseldəki Eqmont Sarayına, konfrans zalına köçürüb. Bu qərar, təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan tədbirlərin yenidən qiymətləndirilməsi ilə bağlı olub.