Qazaxıstan aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları dayandırıb
Sosial
27-12-2024, 12:17
51

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
"Aviareyslər sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün Rusiyaya uçuşların risk qiymətləndirməsinin nəticələrinə əsasən dayandırılıb. Aviaşirkət hazırda “QAZAQ AIR”in risk qiymətləndirmə meyarlarına uyğun gələn Omsk və Novosibirskə uçuşları davam etdirəcək. Yekaterinburqa aviareyslər təkrar risk qiymətləndirməsinin nəticələrinə əsasən bərpa ediləcək", - şirkətdən bildirilib.
Ləğv edilmiş reyslərin sərnişinlərinə aviabiletlərin dəyəri tam geri qaytarılacaq və aviaşirkətin alternativ aviareyslərində pulsuz yenidən bronlaşdırma təklif olunacaq.