Çin və Rusiya beynəlxalq hüquq üzrə məsləhətləşmələr aparıblar » Memur.az

Çin və Rusiya beynəlxalq hüquq üzrə məsləhətləşmələr aparıblar

Çin və Rusiya beynəlxalq hüquq üzrə məsləhətləşmələr aparıblarRusiya və Çinin nümayəndələri beynəlxalq hüquq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Moskvada Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə və Hüquqi Əlaqələr Departamentinin direktoru Ma Sinmin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Maksim Musixin qarşılıqlı maraq doğuran beynəlxalq hüquq məsələləri ətrafında fikir mübadiləsi aparılıblar”, - məlumatda deyilir.