“Report” xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski teleqramdakı kanalında bildirib.
"İsrail və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Ukrayna və Yaxın Şərqdəki müharibə, eləcə də İran təhlükəsinə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlıq diqqət mərkəzində olub", - paylaşımda deyilir.
