Azərbaycan və Serbiyanın hərbi ekspertləri bir-biri ilə təcrübələrini bölüşüblər
Sosial
28-06-2024, 10:11
19
![Azərbaycan və Serbiyanın hərbi ekspertləri bir-biri ilə təcrübələrini bölüşüblər Azərbaycan və Serbiyanın hərbi ekspertləri bir-biri ilə təcrübələrini bölüşüblər](/uploads/posts/2024-06/thumbs/1719555109_4.jpg)
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, serbiyalı qonaqlara Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş hazırlığının təşkili və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüşdə hər iki ölkənin Quru Qoşunlarının döyüş hazırlığı üzrə vəzifəli şəxsləri və mütəxəssisləri tərəfindən brifinqlər təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.