Nazir: Qoşulmama Hərəkatı gəncləri iqlim məsələlərinə cəlb etmək üçün mühüm platformadır » Memur.az

Nazir: Qoşulmama Hərəkatı gəncləri iqlim məsələlərinə cəlb etmək üçün mühüm platformadır

Nazir: Qoşulmama Hərəkatı gəncləri iqlim məsələlərinə cəlb etmək üçün mühüm platformadırQoşulmama Hərəkatının Gənclər Təşkilatı iqlim dəyişikliyinə qarşı ümumi mübarizədə gəncləri birləşdirən mühüm platformadır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə Bakıda keçirilən iqlim fəaliyyətinə dair forumun açılış mərasimində çıxışı zamanı deyib.

“Biz dayanıqlı gələcək üçün gənclərlə fəal işləyirik, bu məsələdə Qoşulmama Hərəkatının platforması mühüm rol oynayır”, - o bildirib.

Nazir qeyd edib ki, hazırda COP29 ilə bağlı ölkədə çoxsaylı tədbirlər keçirilir: “Biz bir çox ölkələrin ekspertlərinin iştirakı ilə iqlimlə bağlı müzakirələr təşkil etmişik”.