Argentinada prezident və hökumət üzvlərinin maaşlarını artıran nazir müavini işdən qovuldu
Sosial
12-03-2024, 09:12
154

“Mən əmək nazirinin müavinini işdən çıxartdım. İndi ona bu barədə məlumat verilir. Mən onu yol verilməməli olan səhvə görə işdən çıxartdım”, - deyə Miley televiziya efirində deyib.
Dövlət başçısının sözlərinə görə, o, artıq maaş artımının ləğvi ilə bağlı sərəncam imzalayıb.
“Gələn ay bu artım ödənişlərindən çıxılacaq”, - deyə Miley əlavə edib.
Qeyd edək ki, martın doqquzunda müxalifətçi deputat Viktoriya Tolosa Pas “X”də (keçmiş “Twitter”) yazıb ki, yanvar-fevral aylarında prezident və hökumət nazirlərinin maaşları 48% artıb. Qanunvericinin sözlərinə görə, dövlət başçısı ayda altı milyon peso (6,7 min dollar) almağa başlayıb. Bundan sonra Miley “X”də artımdan xəbəri olmadığını və onu ləğv edəcəyini yazıb.
Mənbə: TASS