Netanyahu və Blinken bölgədə gərginlik başlayandan bəri ikinci dəfə İsraildə görüşüblər » Memur.az

Netanyahu və Blinken bölgədə gərginlik başlayandan bəri ikinci dəfə İsraildə görüşüblər

Netanyahu və Blinken bölgədə gərginlik başlayandan bəri ikinci dəfə İsraildə görüşüblərİsrailin baş naziri Benyamin Netanyahu Tel-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərliyi məlumat yayıb.

Bu, Qəzza zolağı ətrafında oktyabrın 7-də vəziyyətin gərginləşməsindən bəri onların ikinci görüşüdür.
Verilən məlumata görə, görüş Təl-Əvivdə Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin binaları kompleksində baş tutub və iclasda Netanyahudan başqa, İsrail tərəfdən müdafiə naziri Yoav Qalant da daxil olmaqla hərbi-siyasi kabinetin üzvləri iştirak ediblər.

Mənbə: TASS