Prezident Məşhur Məmmədovla bağlı SƏRƏNCAM imzalayıb
3-10-2023, 15:36 246
Məşhur Şahbaz oğlu Məmmədov təltif edilib.
President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.