Silahlı şəxslər Çilinin XİN başçısını qarət etməyə çalışıblar » Memur.az

Silahlı şəxslər Çilinin XİN başçısını qarət etməyə çalışıblar

Silahlı şəxslər Çilinin XİN başçısını qarət etməyə çalışıblarÇilidə silahlı şəxslər ölkənin xarici işlər naziri Albert van Klavereni qarət etməyə çalışıblar.

Bu barədə yerli mətbuat xəbər verib.

Qeyd olunur ki, xarici işlər naziri gecə saatlarında polisin müşayiəti ilə işdən evə qayıdarkən onların qarşısını kəsən avtomobildən düşən iki nəfər silahlarını nazirə tərəf tuşlayıb.

Xarici işlər naziri ilə eyni avtomobildə gedən polis zabiti onlara atəş açıb, bundan sonra hücum edənlər qaçıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddət ərzində hər iki silahlı şəxsi saxlayıblar. Tutularkən onlardan biri yaralanıb.

Polisin məlumatına görə, saxlanılan hər iki şəxs əvvəllər də cinayət məsuliyyətinə cəlb edilib.

Mənbə: 24horas