SOCAR-ın daha üç keçmiş vitse-prezidentinə şirkətdə vəzifə verilib » Memur.az

SOCAR-ın daha üç keçmiş vitse-prezidentinə şirkətdə vəzifə verilib

SOCAR-ın daha üç keçmiş vitse-prezidentinə şirkətdə vəzifə verilibAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha üç keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.

“Report”un əldə etdiyi məlumata görə, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.
Xatırladaq ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, “SOCAR Türkiyə” və “SOCAR Ukrayna” şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.