Ərdoğan: “Suriyada etdiklərini Türkiyədə də etmək istəyirlər”
Sosial
11-05-2023, 10:56
322

O, bəzi qüvvələrin Suriyada etdiklərini Türkiyədə də etmək istədiklərini deyib. “Bazar günü keçiriləcək seçkilər çox önəmlidir. Bazar günü yanlışlığa yol verməyək. Yoxsa PKK-dan FETÖ-yə qədər hamısı əl-qolunu çırmalayaraq gözləyir. Suriyada etdiklərini bizə də etmək üçün günləri sayırlar. Allah eləməsin, bu ölkə büdrəsə, hamısı birdən üstünə gəlmək üçün fürsət gözləyir”, - deyə dövlət başçısı bildirib.
O, müxalifətə işarə edərək qeyd edib ki, terrorçularla ittifaqı olanların millətlə ittifaqı ola bilməz.
Mənbə: Haber Global