• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Bakı metropolitenində konfrans keçirilib

Sosial

26-04-2023, 10:39

Bakı metropolitenində konfrans keçirilibÜmummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması münasibətilə Bakı metropolitenində “Xalqa həsr olunmuş ömür” adlı tematik konfrans keçirilib.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov aprel ayının 28-də ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın da anadan olmasının 100 ili tamam olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Oxu.Az xəbər verir ki, tədbirin əvvəlində ulu öndərin və Zərifə Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransda millət vəkili Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən bəhs edərək, onun istər sovet dövründə, istərsə də müstəqillik illərində ölkə quruculuğundakı fəaliyyətindən danışıb.

Konfransın əsas məruzəçisi, Heydər Əliyev irsinin tədqiqatçısı, Xalq yazıçısı, Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova tarixin müxtəlif dövrlərində məhz Heydər Əliyevin titanik səyləri nəticəsində xalqın tarixində iz buraxmış hadisələrdən söhbət açıb.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Azərbaycanda həmkarlar hərəkatının inkişafında Heydər Əliyev faktorundan danışıb. O, tarixin müxtəlif dövrlərində ölkədə vətəndaş cəmiyyətinin inkişafı naminə ulu öndərin verdiyi töhfələrdən bəhs edərkən postsovet məkanında həmkarlar hərəkatı barədə ilk qanunun məhz Azərbaycanda qəbul edildiyini və daha sonra onun ölkəmizin inkişafına müsbət təsirlərini xüsusi vurğulayıb.

Sonra ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini, eləcə də onun Bakı metropoliteninin inkişafı ilə bağlı əvəzsiz töhfələrini əks etdirən qısa film nümayiş olunub. Rusiyanın “Metrovaqonmaş” vaqon istehsalı müəssisəsində 2019-cu ildə ulu öndər Heydər Əliyevin xatirəsinə 217 nömrəli sexin girişində açılmış lövhə və barelyefinin önündə keçirilmiş tədbirdən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və müəssisənin baş direktoru Andrey Stepnov və təchizat üzrə direktor Yuri İlyuxin çıxış edərək, Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə - 1983-cü ilin dekabrında keçirilmiş xüsusi müşavirədə qəbul edilmiş qərara əsasən, sovet dövlətinin metro istismarı və tikintisi sənayesinə verdiyi xüsusi töhfələrdən söz açıblar. Bu xüsusda inşa edilmiş sex sayəsində “Metrovaqonmaş”ın istehsal gücü artırılıb və bunun nəticəsində bu müəssisə bu gün vaqon istehsalçıları sahəsində xüsusi çəkiyə və potensiala malikdir.

Tədbirdə Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədov, Azərbaycan Tunelçilər Birliyinin sədri Şaiq Əfəndiyevin videomüsahibəsi təqdim olunub.

Tağı Əhmədov “Metrovaqonmaş”ın inkişafında xüsusi xidmətlərinə görə SSRİ dağıldıqdan sonra Bakı metrosunun ən ağır dövrlərində xüsusi güzəştlərlə Bakı metropoliteninin vaqon təchizatının əsaslı şəkildə yeniləndiyini və bu xüsusda 166 vaqonun 2001-11-ci illərdə alınması sayəsində vaqon parkının əsaslı şəkildə yeniləndiyini qeyd edib.

Şaiq Əfəndiyev Bakı metrosunun “Nizami” kimi unikal stansiyasının inşasının rəssam Mikayıl Abdullayevlə ulu öndər Heydər Əliyevin birgə yaratdıqları sənət əsəri olduğunu əminliklə bildirib. O, 1980-ci illərdə SSRİ-nin rəhbər heyətində çalışan ümummilli liderin tapşırığı ilə metropolitenin “Elmlər Akademiyası”-“İnşaatçılar” sahəsində tunelin azotla dondurma üsulunun tətbiqi, “Nizami”-“Memar Əcəmi” və sonralar “Neftçilər”-“Xalqlar Dostluğu” sahələrinin tübinqlərlə, metal məhsullarla təminatında rolundan danışıb. 1990-cı ildə Heydər Əliyevin Bakıya qayıtdığı təyyarədəki görüşü, eləcə də Bakı metropoliteninin 35 illik yubileyi ərəfəsində keçirilən görüşündən danışan Şaiq Əfəndiyev ulu öndərin metropoliten qarşısında misilsiz xidmətlərindən söz açıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

6-04-2023, 11:22

“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçiri ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Dünən, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Dünən, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Dünən, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 9-05-2026, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • 9-05-2026, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • 9-05-2026, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...