Tarif Şurasının tərkibi genişləndirildi - FƏRMAN
Sosial
7-04-2023, 10:59
252
“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibində dəyişiklik edilib.
Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləri sırasına əlavə edilib.