Makronun reytinqi ən aşağı səviyyəyə düşüb
Sosial
20-02-2023, 09:58
291

Bunu IFOP sosioloji xidmətinin bazar günü dərc etdiyi sorğunun nəticələri sübut edir.
Məlumata görə, sorğuda iştirak edən fransızların yalnız 32%-i Makronun prezident kimi fəaliyyətindən razıdır. Bu, bir ay əvvəllə müqayisədə 2 % bəndi azdır.
Təşkilatdan bildirilib ki, 2020-ci ilin fevralında koronavirus pandemiyasından əvvəl də Makronun ictimai dəstəyi eyni dərəcədə aşağı olub.
Fransanın baş naziri Elizabet Bornun da populyarlıq reytinqi 3 % bəndi azalaraq 29%-ə düşüb ki, bu da o, vəzifəyə gəldiyindən bəri ən aşağı göstəricidir.
Qeyd olunur ki, fevralın 9-dan 16-dək keçirilən sorğuda 18 yaşdan yuxarı 2 minə yaxın insan iştirak edib.
Mənbə: TASS