Ağ Ev Türkiyəyə dəstəyini ifadə edib
Sosial
14-11-2022, 09:28
299

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer “Twiter” hesabında yazıb.
Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.