Bolqarıstan parlamentinə keçirilən növbədənkənar seçkilərin nəticələri məlum oldu
Sosial
5-10-2022, 21:00
293

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının sədri Kameliya Neykova deyib.
Seçici səslərilərinin 25,33%-ni (634 627 nəfər səs verib) qazanan blok 67 deputat mandatı alacaq.
Həmçinin, “Dəyişikliklərə davam edirik” koalisiyası 53, Hüquq və Azadlıq Hərəkatı isə 36 deputatla parlamentdə təmsil olunacaq.
MSK-dan verilən məlumata görə, Bolqarıstanın 48-ci Milli Məclisinin deputatlarının növbədənkənar seçkilərində seçicilərin 39,41 faizi, ümumilikdə 2 milyon 501 min 963 nəfər iştirak edib.
Hazırda yeni hökumət qurmaq cəhdi ilə seçkilərdə qalib gələn siyasi birliklər arasında məsləhətləşmələr başlayıb.
Mənbə: TASS