Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş prokuroru niyə vəzifəsindən uzaqlaşdırıb? - YENİLƏNİB » Memur.az

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş prokuroru niyə vəzifəsindən uzaqlaşdırıb? - YENİLƏNİB

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş prokuroru niyə vəzifəsindən uzaqlaşdırıb? - YENİLƏNİBUkrayna prezidenti Vladimir Zelenski baş prokuror İrina Venediktova və İvan Bakanovun tutduqları vəzifələrdən uzaqlaşdırılması qərarını şərh edib.

Bu barədə dövlət başçısının axşam müraciətində deyilir.

O izah edib ki, bu gün dövlətə xəyanət və prokurorluq, ibtidai istintaq və digər hüquq-mühafizə orqanları əməkdaşlarına görə 651 cinayət işi qeydə alınıb.

“198 cinayət işi üzrə şübhələr aidiyyəti şəxslərə çatdırılıb. Xüsusilə də prokurorluq və SBİ-nin 60-dan çox əməkdaşı işğal olunmuş ərazilərdə qalıb dövlətimizə qarşı fəaliyyət göstərir. Rusiya xüsusi xidmət orqanları aidiyyəti rəhbərlərə çox ciddi suallar verir. Bu sualların hər biri öz layiqli cavabını alacaq”, - deyə Zelenski bildirib.

23:10

Ukrayna Prezidenti Vladimir Zelenski İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, İrina Venediktovanı isə Baş prokuror vəzifəsindən uzaqlaşdırıb.

Bu barədə Ukrayna prezidenti müvafiq fərmanlar imzalayıb.

Belə ki, Zelenski Venediktovanı vəzifəsindən uzaqlaşdıraraq, baş prokuror vəzifəsini onun müavini Aleksey Simonenkoya tapşırıb.

Mənbə: RBC-Ukrayna