Əli Əsədovdan vergi sənədləri ilə bağlı QƏRAR » Memur.az

Əli Əsədovdan vergi sənədləri ilə bağlı QƏRAR

Əli Əsədovdan vergi sənədləri ilə bağlı QƏRARAzərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərara əsasən, elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi ilə bağlı bəndə aşağıdakı əlavə edilir:

-lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.